FED il ərzində ikinci dəfə uçot dərəcəsini aşağı salıb
19.09.2019 120 0.0 0

ABŞ-ın Mərkəzi Bankı funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi (FED) il ərzində ikinci dəfə uçot dərəcəsini azaldıb.

Bu barədə RİA "Novosti"yə istinadən xəbər verilir.

Bildirilir ki, tənzimləyici sentyabrın 17-18-də keçirilən iclasın nəticəsinə əsasən illik baza faiz dərəcəsini 2-2,5 faizdən 1,75-2 faizə salıb. 

Qərar analitiklərin əksəriyyətinin proqnozları ilə üst-üstə düşüb. FED bir qədər əvvəl də uçot dərəcəsini 0,25 faiz azaldaraq 2,25-2,5%-dən 2-2,25%-ə endirib. 

Faiz azalması ABŞ prezidenti Donald Trampın uçot dərəcəsinin yüksək olması ilə bağlı tənqidləri fonunda baş verib. C.Pauel isə FED-in qərarlarının siyasi xarakter daşımadığını bildirib. /Report/


Digər xəbərlər:
Şərhlər
avatar