Fazil Mustafa: `Prezidentin bu qərarını bütün media qırmızı hərflərlə baş köşələrə yerləşdirsin`
10.01.2018 487 3.0 0

“Bu ili gerçək bir “Cümhuriyyət ili” kimi qeyd etmək hamımızın borcudur”.

Qazeta.info bildirir ki, bu sözləri Publika.az-a millət vəkili Fazil Mustafa prezident İlham Əliyevin 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsi ilə bağlı sərəncamını şərh edərkən deyib.

 

“Bu çox yüksək bir addımdır. Açığı, mən neçə müddətdir ki, bu məsələ ilə bağlı Milli Məclisdə məsələ qaldırmışdım ki, 2018-ci ildə cümhuriyyətin 100 illiyini qeyd etmək zəruri işdir. Dəfələrlə qeyd etmişəm ki, biz bu məsələdə Gürcüstan və Ermənistanla müqayisədə xeyli geridə qalırıq.

Ancaq prezident öz iradəsini yenə də ortaya qoydu. Bu qərarı bütün media qırmızı hərflərlə baş köşələrə yerləşdirməlidir ki, Azərbaycanın rusmeyilli, farsmeyilli məmurları da cümhuriyyət ideyasını yaxşı görə bilsinlər.

Bu məsələ könül işidir, qəlb işidir. Təəssüf ki, bizdə əksəriyyət gözləyir ki, konkret tapşırıqlar verilsin və onun çərçivəsində hansısa işlər aparılsın. Ancaq hamı öz təşəbbüsünü ortaya qoymalıdır. Buna görə də prezidentin bu qərarını yüksək qiymətləndirir və alqışlayıram.

Layihə çərçivəsində keçirəcəyimiz tədbirlər çoxdur. Cümhuriyyət tarixindən bəhs edən filmin çəkilişi üçü geciksək də, digər müxtəlif addımlar atılacaq”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar