Fəzail Ağamalı naziri istefaya çağırdı
30.03.2018 828 0.0 0

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında xarici işlər naziri Elmar Məmmədyarov istefaya çağırılıb.

 

Məlumata görə, 31 mart soyqırımına həsr olunmuş xüsusi iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Xarici İşlər NazirliyiAzərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir.

 

O qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün Azərbaycan prezidentinin müəyyən etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil: “Bu olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarovheç olmasa öz təşəbbüsü ilə istefaya getsin”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar