Fəthullah Gülənin yeni qərargahı MƏLUM OLDU
02.08.2016 756 0.0 0

Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhdin hazırlanmasında və idarə olunmasında suçlananFəthullah Gülənin ABŞ-ın Pensilvaniya ştatında sığındığı malikanəni tərk edərək Cənubi Afrika Respublikasına yollanması gözlənilir.

Milli.Az DHA-ya istinadən bildirir ki, Gülənin yaratdığı və idarə etdiyi "Hizmet" təşkilatının xəzinədarlarından olan Ali Katırçıoğlunun Yohannesburq şəhərində inşa etdirdiyi məscid-mədrəsə kompleksinin Gülən tərəfdarları üçün yeni qərargaha çevriləcəyi iddia olunur.

 

Uzun illər "Zaman" qəzetinin sahibi olmuş Alattin Kayanın da CAR-a, Yohannesburqa qaçdığı deyilir.
Yohannesburqda inşası davam edən kompleksə məscid, mədrəsə, imam-xətib məktəbi, yataqxana, ticarət mərkəzi və qəbiristanlıq daxildir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar