Fərman Ceyranlı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib
24.05.2017 752 0.0 0

İki gün əvvəl Gürcüstanda polis tərəfindən saxlanılan “Lancet” Tibb Mərkəzinin təsisçilərindən biri, professor, tanınmış cərrah Fərman Ceyranlı haqqında məhkəmə 2 aylıq həbs qətimkan tədbiri seçib.

 

Məlumata görə, hazırda işlə bağlı ibtidai istintaq hərəkətləri həyata keçirilir.

 

F. Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Məlumata görə, 2016-cı ildə onun klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirilib. Əməliyyatlar nəticəsində 2 xəstə dünyasını dəyişib. Klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə “Lanset”in lisenziyası ləğv edilib.

 

Qeyd edək ki, F. Ceyranlının həmtəsisçisi olduğu Tibb Mərkəzi 3 ildir, fəaliyyət göstərir.

 

Tibb Mərkəzində Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, İran və ərəb ölkələrində, eləcə də Şərqi Avropanın klinikalarında fəaliyyət göstərən həkimlər müxtəlif əməliyyatlar həyata keçirirlər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar