Fərhad Əhmədov: Nə mən, nə də oğlum bahalı saat həvəskarları olmamışıq
27.06.2019 573 0.0 0

Müstəqil araşdırmaçı jurnalist Cavanşır Həsənlinin "Daily Mail”-ə istinadən İspaniyanın İbiza adasında 22 yaşlı Azərbaycanlı turist soyğunçuluğa məruz qaldığı barədə məlumat paylaşmışdı. O, bu cavan azərbaycanlının Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli oldu iddiasını irəli sürmüşdü.
Lakin Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti bu iddianı rədd etdi. Və bəzi saytlar agentliyin məlumatını dəstəkləyərək soyğunçuluğa məruz qalan cavan azərbaycanlının milyarder azərbaycan əsilli Fərhad Əhmədovun oğlu olduğunu iddia etdilər.
Tərəf.az ATV.az-a istinadən xəbər verir ki, Fərhad Əhmədov bu iddianı rədd edərək deyib:
"Deyəsən kimsə mənim adımdan istifadə edərək saatın əsl sahibinin adını gizlətmək istəyir. Birinci mənim oğlumun 22 yaşı yoxdur, ikincisi isə nə mən nə də oğlum bahalı saatların həvəskarı deyilik..."

 

Qazeta.info əlavə olaraq qeyd edir ki, məlum olmayan səbəblərdən ATV.az sözü gedən məsələ ilə bağlı Fərhad Əhmədovdan aldığı müsahibəsini bir neçə dəqiqə sonra silib.

Fərhad Əhmədovun müsahibəsini təqdim edirik:

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar