Fənn olimpiadalarına elektron qeydiyyat yekunlaşır
24.12.2021 332 0.0 0

Dekabrın 25-də respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi başa çatacaq. 


Qazeta.info Təhsil Nazirliyinin məlumatına istinadla bildirir ki, şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində  müvafiq elektron xidmətdən faydalana bilərlər.


IX, X və XI sinif şagirdlərinin qatıldığı bu elm yarışında xüsusi istedada malik olan VIII sinif şagirdlərinin də iştirakına icazə verilir. Həmin VIII sinif şagirdlərinin qeydiyyatı elektron formada deyil, yerli təhsil idarəetmə orqanlarının Təhsil İnstitutuna müvafiq təqdimatı əsasında həyata keçiriləcək. 


Qeyd edək ki, 25-30 dekabr tarixlərində olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi, 5-10 yanvar tarixlərində isə buraxılış vərəqələrinin yüklənməsi prosesi həyata keçiriləcək. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar