Fələstin xarici işlər naziri Bakıdan BMT-ni İsrailin dinc fələstinlilərə hücumlarını araşdırmağa çağırıb
05.04.2018 885 0.0 0

"Qoşulmama Hərəkatı dünyada sülh və təhlükəsizliyin qorunmasında fundamental rol oynayır".

 

Məlumata görə, bunu Fələstin xarici işlər naziri Riyad Maliki Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

 

Qoşulmama Hərəkatının həm də dünyada insanların hüquqlarının qorunmasını dəstəkləməsini vacib sayan Fələstin xarici işlər naziri Hərəkatın dünyada meydana çıxan çağırışlara qarşı birləşməli, beynəlxalq hüquq prinsiplərinin tətbiqinə nail olmaq istiqamətində imkanlarını artırmalı olduğunu bildirib.

Fələstin xarici işlər naziri qeyd edib ki, İsrail özünün müstəmləkə işğalının davam etməsi üçün əlindən gələni edir və ABŞ bu sahədə İsrailə ideoloji dəstək verir.

 

Ötən həftə İsrailin  snayper və digər silahlardan istifadə edərək Qəzzada dinc fələstinli aksiyaçıları hədəf aldığını xatırladan R. Maliki BMT Təhlükəsizlik Şurasının belə hadisələrə reaksiya verməkdə uğursuzluğa düçar olduğunu, Fələstinin BMT-ni bu olayla bağlı müstəqil araşdırma aparmağa çağırdığını nəzərə çatdırıb: "Fələstin növbəti dəfə BMT-ni İsrailin hücumlarını araşdırmağa çağırır"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar