Fələstin lideri Mahmud Abbas Moskvaya səfər edəcək
24.04.2017 534 0.0 0

Fələstin lideri Mahmud Abbas mayda  Moskvaya işgüzar səfər edəcək.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

 

Səfər çərçivəsində M.Abbas Rusiya prezidenti Vladimir Putinlə görüşəcək, Moskvada Fələstin-İsrail danışıqlarının keçirilməsi perspektivləri müzakirə ediləcək.  Fələstin liderinin həmçinin bir sıra Rusiya siyasətçiləri, ictimai və dini xadimləri ilə görüşü nəzərdə tutulub.

 

Qeyd edək ki, bundan əvvəl Fələstinin Rusiyadakı səfiri M.Abbasın mayın 11-də Moskvaya səfər edəcəyini bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar