Fələstin lideri İsraillə bütün əlaqələrin dondurulduğunu bəyan edib
22.07.2017 800 0.0 0

Fələstin Dövlətinin prezidenti Mahmud Abbas televiziya ilə xalqa müraciət edib.

 

TASS agentliyinə istinadən verdiyi xəbərə görə, çıxışı zamanı M.Abbas İsrail hökuməti ilə bütün əlaqələrin dondurulduğunu bəyan edib.

 

Fələstin lideri həmçinin BMT Təhlükəsizlik Şurasını Şərqi Qüdsdə müqəddəs yerlərin müdafiəsinə yönələn addımlar atmağa çağırıb.

 

Bu gün Qüdsdə Məbəd dağında yeni təhlükəsizlik tədbirlərinə etiraz edənlərlə polis arasında baş verən iğtişaşlar nəticəsində 3 fələstinli ölüb. Kütləvi iğtişaşlara "Əl-Aqsa" məsçidi qarşısında metal detektorlarının quraşdırılması, məscidin müvəqqəti bağlanılması və cümə namazlarına qadağa qoyulması səbəb olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar