Eyni sinifdə təhsil alan 23 əkiz-FOTO
06.09.2015 795 0.0 0

Hondurasda 23 əkiz eyni sinifdə təhsil alır.

Məlumata görə, Hondurasın Dalni qəsəbəsində əkiz doğum səviyyəsi çox yüksəkdir. Qəsəbədə yerləşən məktəbdə 23 əkiz şagird təhsil alır. Dalni qəsəbəsində yerləşən bu təhsil müəssisəsi dünya rekorduna imza ata bilər. 

Əkizlərin sözlərinə görə, yaxınları və müəllimləri onları seçə bilmirlər. Çox vaxt müəllimlər onları əkizlər deyə səsləyirlər.

Məktəb rəhbərliyi isə şagirdlərin onları tez-tez aldatdıqlarını deyir. Belə ki, onlardan biri xəstələndiyi zaman digəri onun yerinə imtahana gəlir. Belə olan halda rəhbərlik aldanıb-aldanmadığını ayırd edə bilmir. 

Əkizlər isə bunun üstünlük olduğunu düşünürlər. Dalni qəsəbəsində niyə bu qədər əkiz doğulması səbəbi maraq doğurur. Yerli sakinlər bunun tanrı tərəfindən bir lütf olduğunu deyirlər.

 


Dalni qəsəbəsində təhsil alan əkizlər

Qeyd edək ki, Türkiyənin Samsunun vilayətinin Kocatepe təhsil müəssisəsində 28 əkiz eyni məktəbdə təhsil alır. Məktəb direktoru fəaliyyət göstərdiyi təhsil ocağının əkizlərlə məşhur olduğunu bildirib. "Samsun məktəbi əkiz şagirdlərin təhsil aldığı məktəb kimi tanınır",- deyə məktəb müəllimi bildirib. 

 


Samsunun Kocatepe orta məktəbində təhsil alan əkizlər/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar