Evo Morales İnterpolun onu axtardığını bildirib
28.11.2019 93 0.0 0

Boliviyanın keçmiş prezidenti Evo Morales Meksikada keçirdiyi mətbuat konfransında İnterpolun onu axtardığını bildirib.

Bu barədə Qazeta.info "Report"-a istinadən xəbər verir.

Sabiq dövlət başçısının sözlərinə görə, İnterpol törədilməyən cinayətlərdəki ittihamlara əsasən onun olduğu yeri müəyyənləşdirir.

"İnterpol Cənubi Amerikada məni törədilməyən cinayətlərə görə axtarır", - deyə Morales Mexikodakı mətbuat konfransında deyib.

Sabiq prezidentin sözlərinə görə, İnterpol həmçinin keçmiş vitse-prezident Alvaro Qarsii Liner barəsində də axtarış elan edib. 


Digər xəbərlər:
Şərhlər
avatar