Evini itirən müğənni: «Hər şeyim kül oldu» - FOTO
10.03.2015 1059 0.0 0

Bir neçə gün öncə, gecə saatlarında qonşusunun evində başlayan yanğın müğənni Azad Şabanovun da evinə keçərək onun yaşadığı mənzili külə döndərib. 

Hadisə ilə bağlı Milli.Az-a danışan müğənninin sözlərinə görə, xəsarət alan olmasa da, ev bütün əşyaları ilə birlikdə yanıb.

"Gecə vaxtı qonşu evdə partlayış baş verib. Orada baş vermiş yanğın daha sonra bizim evə keçib. Ev içərisində əşyalar ilə birlikdə yanaraq kül olub. Xoşbəxtlikdən heç kəs xəsarət almayıb. 

Özüm evdə olmasam da, ailə üzvlərim evdə olublar. Ancaq yanğın başlamamış onlar hadisə yerindən uzaqlaşıblar". 

Sonda müğənni dövlət tərəfindən onlara yardım olunacağını ümid edərək bu sözləri deyib: 

"Biz vətənimizə xidmət edən şəxslərik, ümid edirəm, dövlətimiz bizi bu ağır gündə tək qoymaz."

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar