Ermənistanda qəza nəticəsində 6 hərbçi xəsarət alıb
24.03.2017 684 0.0 0

Ermənistanda Müdafiə Nazirliyinə məxsus “Ural” markalı yük maşını  “Volkswagen Golf” markalı minik avtomobili ilə toqquşub.

 

“NEWS.am”a istinadən verilən xəbərə görə, qəza nəticəsində 10 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

 

Məlumata görə, qəza zamanı hər iki avtomobil çevrilib, “Volkswagen” isə 70 metr dərinlikdə dərəyə yuvarlanıb.

 

Xəsarət alanlardan 6-si müqaviləli əsgərdir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar