Ermənistanda hərbçilərin həbsi başlandı
31.05.2016 784 0.0 0

Aprel döyüşlərindən sonra Ermənistan ordusunda həbslər başlayıb.  "Azadlıq" radiosunun İrəvan bürosuna istinadla veril'n məlumata görə, bu barədə Ermənistanın İstintaq Komitəsinın rəhbəri Sona Truzyan “Facebook” səhifəsində yazıb.

O bildirib ki, gecə yarı ordudakı vəzifəsindən azad olunan general Melsik Çilingəryan, polkovniklər Armen Markaryan və Mqer Papyan həbs edilib.

 

Işdən azad ediən general- Melsik Çilingəryan

 
  Komitə rəsmisi həbsin      detallarını        açıqlamayıb.

   Çilingəryan mayın  20-    də  Ermənistan  prezidenti  Serj    Sarkisyanın    fərmanı ilə   vəzifəsindən azad olunub.

 Mayın 18-də isə Ermənistan silahlı   qüvvələrinin polkovnik David  Abrahamyana vəzifəsindən  sui-  istifadə etmə maddəsi ilə cinayət  işi açılıb.

 İstintaq Komitəsinin məlumatına  görə, onun qarşında ittihamlar irəli sürülüb. Ermənistanın Müdafiə Nazirliyinə dəymiş ziyanın tam ödənilməsi tələb olunur. 

 

Aprel hadisələrində sonra Ermənistan ordusunun bir neçə  yüksək vəzifəli hərbçisi işdən azad edilib. Serj Sarkisyanın əmri ilə  Ermənistanın müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, baş qərargahın kəşfiyyat idarəsinin rəisi  general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının  və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan, generali Melsik Çilingəryan, ordumuz tərəfindən dağıdılan Madagiz polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad edilib.

                                           İşdən qovulan polkovnik - Arutyun Əmirxanyan 

 

Polkovnik Arutyun Əmirxanyavəzifəsindən azad olunmasına daha qeyri-adi səbəblər gətirilirdi.    Onun vəzifəsindən      edilməsinin əsas      azad səbəbi kimi aprel döyüşləri zamanı müəmmalı şəkildə yoxa çıxması və ancaq Moskvada silahlı qüvvələrin Baş qərargah rəisləri arasında əldə edilən atəşkəs razılaşmasından sonra geri qayıtmasıdır. Bu məlumatlara münasibət bildirən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, onda olan məlumata görə, polkovnik aprel döyüşləri zamanı məzuniyyətdə olub:

“Mətbuat nümayənləri sual verir ki, polkovnik Arutyun Əmirxanyan döyüşlər zamanı işdə olmadıqda onun vəzifəsini kim icra edib? Belə olan halda qanunla onun vəzifəsini müavini icra edib”.
Əmirxanyanın aprel döyüşləri zamanı yoxa çıxmasını mətbuat onun ayağının sınması və müalicə olunması ilə əsaslandırmağa çalışsa da, bu, öz təsdiqini tapmayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar