Ermənistan XİN rəhbəri Moskvaya səfər edəcək
21.02.2017 867 0.0 0

Fevralın 21-22-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya səfər edəcək.

RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti xəbər verib.

Səfər çərçivəsində E. Nalbandyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

“Ermənistan və Rusiya xarici işlər nazirləri həmçinin Dağlıq Qarabağ münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün Vyana və Sankt-Peterburq sammitlərində  əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımları müzakirə edəcəklər”, məlumatda deyilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar