Ermənistan XİN başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək
15.02.2017 725 0.0 0

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
Ermənistan KİV-inə istinadən xəbər verilir ki, görüş fevralın 16-17-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.
E.Nalbandyan, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Münhendə konfrans çərçivəsində vasitəçilərlə görüşmək niyyətində olduğunu bildirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar