Ermənistan tərəfi cəbhədə növbəti təxribata əl atdı- Şəhid verdik
06.10.2016 717 0.0 0

Ermənistan tərəfinin cəbhə xəttində növbəti təxribatı vəziyyətin gərginləşməsinə səbəb olacaq

Qazeta.info Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb.
Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Bildiririk ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar