Ermənistan ordusunun daha bir hərbçisi müəmmalı şəraitdə ölüb
10.10.2017 555 0.0 0

Ermənistan silahlı qüvvələrində müqavilə əsasında buldozerçi vəzifəsində xidmət edən sıravi Murad Ovanesyan oktyabrın 4-də müəmmalı şəkildə ciddi bədən xəsarətləri alıb.

Məlumata görə, ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilən 1964-cü il təvəllüdlü M.Ovanesyanın halı daha da pisləşdiyindən həkimlər onun həyatını xilas edə bilməyib. O qısa müddət ərzində xəstəxanada ölüb.

Hadisə ilə bağlı Ermənistanın hüquq-mühafizə orqanları araşdırma aparır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar