Ermənistan müdafiə naziri istefası ilə bağlı məlumatları şərh etmək istəməyib
29.06.2016 695 0.0 0

Ermənistan müdafiə naziri Seyran Ohanyan istefası ilə bağlı yayılmış məlumatları şərh etmək istəməyib.
 
 Ermənistan mətbuatına istinadən verilən məlumata görə, S. Ohanyan vətən qarşısında borcunu yerinə yetirməkdən imtina etməyəcəyini bildirib.
 
Qeyd edək ki, Ermənistanda müdafiə naziri və Baş Qərargah rəisi Yuri Xaçaturovun istefaya göndəriləcəyi ilə bağlı məlumatlar yayılıb. Səbəb kimi hakimiyyətin onların fəaliyyətindən narazılığı göstərilir. Qeyd edilir ki, bu, aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar