Ermənistan, 3 dövlətlə birgə hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdırır
09.09.2015 680 0.0 0

 “TASS”a istinadən verilən xəbərə görə, Qafqaz regionunda birgə hava hücumundan müdafiə sistemi haqqında Ermənistan-Rusiya sazişinin layihəsi dövlətdaxili razılaşdırılma mərhələsini artıq keçib  və hazırda onun imzalanmasına  hazırlıq işləri gedir. “Ümid edirəm ki, bu il razılaşdırma başa çatacaq”, deyə Baş qərargah rəisi – Hava-Kosmik Qüvvələri komandanının birinci müavini Pavel Kuraçenko bildirib.  
 
Qırğızıstan və Tacikistanla analoji sazişlər hazırda dövlətdaxili razılaşdırılma mərhələsindədir.  
 
Qeyd edək ki, MDB-yə üzv olan dövlətlərin Müdafiə Nazirləri Şurasının yanında hava hücumundan müdafiə məsələləri üzrə Əlaqələndirici Komitənin növbəti iclası 2016-cı ilin aprelində Rusiyanın  Tver  şəhərində keçiriləcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar