Ermənilərin törədiyi soyqırımın daha bir şahidi: Quba məzarlığı - FOTOREPORTAJ
31.03.2016 618 0.0 0

1918-ci il Mart soyqırımında 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 
 
Məlumata görə, fotoreportajı təqdim olunan Quba Memorial Xatirə Kompleksi prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli  Sərəncamına əsasən soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə yaradılıb. 
 
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. 
 
Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında - Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 
 
Heydər Əliyev Fondu tərəfindən 1918-ci ildə Azərbaycan qəzalarında törədilmiş soyqırımı tarixi faktlarla əks etdirən 16 adda, üç dildə buklet, 4 adda, üç dildə kitab nəşr edilib./apa/

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar