Ermənilər Bakıya gəlir
12.05.2015 944 0.0 0

Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək erməni cüdoçuların adları bəlli olub. 

Məlumata görə, bu barədə Ermənistan cüdo yığma komandasının baş məşqçisi Tiqran Babayan bildirib. 

Onun sözlərinə görə, Ermənistanı oyunlarda Ovanes Davtyan, David Nikoqosyan və Janna Stankeviç təmsil edəcək. Məşqçi deyib ki, artıq məsələ idmançıların valideynləri ilə də məsələ müzakirə edilib və razılıq alınıb.

Xəbəri verən erməni saytları Bakıda keçiriləcək I Avropa Oyunlarını mötəbər idman yarışı kimi təqdim ediblər. Oyunların keçirilməsi barədə qərarın 2012-ci ildə Avropa Olimpiya Komitəsi tərəfindən verildiyi vurğulanıb. 

Verilən məlumata görə, 12-28 iyun tarixlərində keçiriləcək Avropa Oyunlarının proqramına 16 olimpiya və 4 qeyri-olimpiya idman növü daxil edilib. Ermənistan 6 növ - boks, tekvando, dzüdo, güləş, sambo və atəş növləri üzrə yarışlara qatılacaq. 
 /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar