Ermənilərə Azərbaycan vətəndaşlığı veriləcək?
08.04.2015 752 0.0 0

Dövlət Miqrasiya Xidməti ermənilərə Azərbaycan vətəndaşlığı verilməsinin şərtlərini açıqlayıb.

Məlumata görə, DMX-nin rəisi Fürudin Nəbiyev jurnalistlərə açıqlamasında deyib ki, bu məsələyə baxıla bilər.

Xidmət rəisi qeyd edib ki, bu məsələ yalnız Azərbaycanın işğal olunmuş torpaqları azad olunduqdan sonra mümkün ola bilər. 

Xatırladaq ki, Ermənistan ordusunun əsgəri Andranik Qriqoriyanın ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə könüllü keçməsindən sonra Milli Məclisdə bu məsələ qaldırılmışdı.

Deputat Zahid Oruc və İqbal Ağazadə Dağlıq Qarabağ ermənilərinə vətəndaşlıq verilməsi barədə düşünməyin vaxtı çatdığını bildirmişdilər. Hətta İqbal Ağazadə aidiyyatı orqanları hərəkətə keçməyə çağırmışdı./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar