Tarix: 08.12.2016,   Saat: 22:04, Cümə axşamı.          

Erməni yazıçı Vahe Avetyan Xocalı abidəsini ziyarət edib- FOTO, VİDEO

Azərbaycana Bakıya səfər edən erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan Xocalı abidəsini ziyarət edib.
 
Məlumata görə, ötən il təqiblərə məruz qaldığı üçün Ermənistandan ailəsi ilə birlikdə Azərbaycana qaçmış Vaan Martirosyan da onun yanında olub.
Qeyd edək ki, İsveçdə yaşayan siyasi mühacir və Sərkisyan rejiminin tənqidçisi olan V. Avetyan ötən gün Bakıya gəlib. O, mətbuata müsahibəsində Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunun olduğunu deyib. Avetyan ikinci cəhdində Azərbaycana gələ bilib.. Avetyan ilk dəfə Bakıya qeyri-qanuni yolla gəlməyə cəhd etdiyi üçün ölkəyə buraxılmamışdı.
 
Yazıçı Bakıya gələndən sonra sosial şəbəkədə səfərlə bağlı fikirlərini paylaşıb: “Azərbaycan mediası Ermənistanın ünvanına tənqidləri dərc etdiyi üçün onlara açıqlama verirəm. Bu çatışmazlıqları  Ermənistanın satqın tulaları, jurnalistləri, hüquq müdafiəçiləri, qrant və muzd üçün çalışan konyukturaçı "sülhpərvər"ləri heç zaman dilə gətirməyib”.  
 
Keçən ilin sentyabrında həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gələn Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan isə üçüncü ölkəyə göndərilib. Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gəlmişdi./apa/

 

 

 

 



  Bölmə: Manşet | Baxış sayı: 383 | Tarix: 08.11.2016, 12:05


Xəbərlər