Erməni KİV: `Sarkisyan Qarabağı qaytarmağa hazır idi`
18.11.2016 1325 0.0 0

“Serj Sarkisyan “aprel müharibəsi” zamanı ərazilərin qaytarılmasına hazır idi. Hətta o, bütünlüklə Qarabağı qaytara da bilərdi”.

Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “armenianreport” saytı yazıb.

Sayt Ermənistan prezidentini tənqid edərək, onu qorxaqlıqda ittiham edib. Qeyd edib ki, apreldə baş verən döyüş zamanı Azərbaycan Ordusu onun gözlərini qorxutmuşdu.

“Və o, əraziləri Azərbaycana qaytarırdı. Son anda daxildəki qüvvələr buna imkan vermədilər. Lakin görünür bu, gec, ya da tez baş verəcək”, - deyə sayt bildirir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar