Erməni idmançısını qorxudan Pərviz rəqibini belə nokaut etdi - FOTO-VİDEO
05.05.2015 1248 0.0 0
Pərviz Abdullayev  İtaliyada  nokautla qalib gəldi. Məlumata görə, mayın 2-də İtaliyanın Verona şəhərində  kikboksinq üzrə reytinq xarakterli döyüş “Kunlun Fight Series” turnirinin döyüşləri keçirilib. Turnirdə  “Qəbələ” İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu Pərviz Abdullayev  ölkəmizi təmsil edib. İdmançımız 73 kiloqram çəki dərəcəsində rumıniyalı Alexandru Popescu ilə üz-üzə gəlib və 2 dəqiqəyə rəqibinə nokautla qalib gəlib. Kikboks üzrə beş qat dünya çempionu, “Kobra” ləqəbli azərbaycanlı döyüşçü Pərviz Abdullayev keçirdiyi  41 doyüşündə  38-ci dəfə qalib gəlməklə, artıq 13-cü dəfə rəqibini nokautla məğlub etdi. 
 
Xatırladaq ki, bu turnirdə Kobra erməni idmançı ilə qarşılaşacaqdı, lakin rəqib idmançı turnirdə iştirak etməkdən qorxaraq, imtina edib. /Faktxeber.com/
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar