Erməni general Azərbaycanı hədələdi
25.03.2015 938 0.0 0

"Əgər Qarabağa 100 mərmi düşəcəksə, onda bu, Azərbaycana düşmüş 10 mərmidən daha az effektiv olacaq. Çünki, Azərbaycanın ərazisində iri neft və qaz kəmərləri var və boru xətləri təhdid altında qala bilər. Azərbaycan bütün bunları itirə bilər". 

 

Məlumata görə, bunu Qarabağ müharibəsinin iştirakçısı, general-mayor Arkadi Ter-Tadevosyan deyib.

 

O, Ermənistanda son yaranan ajiotajı nəzərə alaraq belə populist açıqlama vermək qərarına gəlib. Ter-Tadevosyanın erməni publikasına hesablanmış bu açıqlamaları təşvişə düşmüş cəmiyyəti təsəlli etməkdən başqa bir şey deyil. Erməni əsgərlərin ağ bayraqla Azərbaycan tərəfinə sığındığını unudan Qarabağ müharibəsi iştirakçısı ordunun güclü olduğunu iddia edib. 

 

Azərbaycan Ordusuna ayrılan illik vəsaitin Ermənistanın ümumi dövlət büdcəsindən artıq olduğunu nəzərə alsaq iki ölkə ordusu arasındakı böyük fərqi görmək çətin olmaz. Ancaq erməni generallarının bunu anlaması çox çətindir. Çünki erməni generalitet çoxdan reallıq hissini itirib. Onlar anlamaq istəmirlər ki, indi Azərbaycanın silahsız olduğu 90-cı illərin əvvəli deyil. Azərbaycanın hər an torpaqlarını azad etməyə qadir güclü ordusu var./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar