Erməni futbolçu Bakıya gəlir
12.02.2015 515 0.0 0

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə fevralın 14-dən 21-dək Bakıda təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq Rusiya yığmasının heyəti açıqlanıb.

Məlumata görə, komandamızla 2 dəfə qarşılaşacaq Şimal qonularımız ölkəmizə 20 futbolçu ilə gələcək.

Rusiya Futbol İttifaqı erməni futbolçunun Bakıya gələcəyini təsdiqləyib. Belə ki, "Hoffenhaym"ın formasını geyinən David Kazaryan Rusiya millisinə dəvət alıb.

Qapıçılar: Denis Adamov ("Krasnodar"), Aleksandr Maksimenko ("Spartak").
Müdafiəçilər: Kiril Qoqolev ("Rubin"), Nikita Kaluqin ("Dinamo"), Konstantin Kontov, Andrey Kudryavtsev (hər ikisi “Zenit”), Aleksandr Lomoviski ("Spartak"), Aleksey Tataev ("Krasnodar").
Yarımmüdafiəçilər: Anton Artyomov ("Kayzerslautern" Almaniya), İvan Qalanin, Mixail Lısov, Georqi Maxatadze (hamısı "Lokomotiv"), Dmitri Pletnyov ("Zenit"), Anton Terexov ("Dinamo"), Boris Siqankov ("Spartak").

Hücumçular: Vadim Bakatin (FŞM), Vladislav Braqin ("Krasnodar"), Artyom Qaladyan ("Lokomotiv"), David Kazaryan ("Hoffenhaym" Almaniya), Yeqor Denisov ("Zenit")./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar