Elzanın fantaziyası gül vurdu: Efirə belə çıxacaq
24.11.2016 1163 0.0 0

Mənim çarıqlarımı geyinsələr də, yerişimi yeriyə bilməzlər.

Bildirək ki, bu sözləri əməkdar artist Elza Seyidcahan özünü ona bənzətmək istəyən xanım haqda “Ondan sonra” verilişində danışarkən deyib. O, bunun normal hal olmadığını bildirib:

“Özünü nə qədər mənə oxşatmağa çalışsa da, bu, mümkün deyil. Çünki heç kəs başqasının eynisi ola bilməz. Onun bu hərəkəti anormaldır, amma qoy olsun, lap mahnı da oxusun, rəqibim olsun. Mənim rəqibim yoxdur, istəyirəm, rəqiblərim olsun. Heç kəs Elza ola bilməz, mən həmişə fərqlilik edirəm. Bu Novruz bayramında böyük bir layihəm var, həyata keçirəcəyəm. Başıma qazan qoyub çıxacağam efirə. Mən kreativ insanam, camaat kimi onunla, bununla məşğul olmuram. Yeni bir şeir üzərində işləyirəm. Şeirin adı belədir: “Get işinlə məşğul ol”. Bu şeiri öz işi ilə məşğul olmayan adamlara ithaf edəcəyəm”.

Qeyd edək ki, “Ondan sonra” verilişinə müraciət edən bir tamaşaçı özünü Elza Seyidcaha oxşatmaq üçün onlardan yardım istəyib./Axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar