Elxan Məmmədov: `Biz bu virusu məhv etməsək, virus bizi məhv edəcək`
07.03.2018 965 0.0 0

"Ötən il 2016-cı il kimi futbolla zəngin oldu. İlk növbədə, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bizi sevindirdi. Yığmamız IV İslam Həmrəyliyinin qalibi oldu". 

Bildirək ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun bu gün keçirilən XXV Hesabat Konfransında deyib. O bildirib ki, 2017-ci ildən danışanda Çempionlar Liqasının himni eşidilir: “Qarabağ”ın uğuru bizi çox sevindirdi. Ağdam klubu qrup mərhələsində 8 komandalı çempionatı təmsil edən yeganə klub idi. Digər önəmli məqam Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilməsidir. Bu tenderdə qalib gəldik. Cənab İlham Əliyevin birbaşa dəstəyi Bakının final oyunu üçün seçilməsində bizə kömək oldu”. 

Baş katibin sözlərinə görə, uşaq liqalarında iştirakçıların sayı 4 faiz artıb: “AFFA-nın ötən il keçirilən İcraiyyə Komitəsinin icalsında bir sıra qərarlar qəbul olundu. Hazırda 24 komandanın iştirak etdiyi Regionlar Liqası təsis edildi”. 

E.Məmmədov deyib ki, inkişafdan danışarkən, mənfi hallardan da söz açmaq lazımdır: “Rövnəq Abdullayevin də qeyd etdiyi kimi, danışılmış oyunlar ciddi problemdir. Ötən ildən başlayaraq, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirik və maarifləndirmə işləri aparırıq. Bu virus, xəstəlik futbola sirayət edib. Biz bu virusu məhv etməsək, virus bizi məhv edəcək"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar