Elnur Türkiyə mətbuatında ağır təhqir olundu
20.02.2015 788 0.0 0

“O səs Türkiyə”dəki möhtəşəm qalibiyyətindən sonra Elnur Hüseynov Türkiyənin bir sıra sayt və portallarındakı yazarlar tərəfindən tənqidə məruz qalıb.

Məlumata görə, həmyerlimizin müsabiqədə qalib olması bəziləri tərəfindən qıcıqla qarşılanıb. Nəyə görə azərbaycanlı birinin gələrək “Türkiyənin səsi” (“O səs Türkiyə”) seçilməsini təəccüblə qarşılayıblar. 

Elnur Hüseynovun qələbəsini dırnaqarası qəbul edənlərdən biri də Türkiyənin “Radikal” qəzetinin yazarı, jurnalist Bülənt Əriş olub. O, ötən gün yayımladığı yazısında Elnurun istedadını şübhə altına alıb. Ən pisi isə onun adını 2012-ci ildə “Yetənək sizsiniz”də birincilik qazanmış Meks adlı itlə yanaşı çəkməsi olub. O, köşə yazısının adını məsxərə ilə “Keçmişdə Meks adlı it, bu gün azəri Elnur” olaraq qələmə alıb. 

Bülənt Əriş müsabiqənin fəaliyyətini də pisləyib. Onun sözlərinə görə, əgər müsabiqədə başqa ölkədən kimsə gəlib birinci seçilə bilirsə, onda dünyanın dörd bir yanından müğənnilər bura cəlb edilsin. 

Bütün bu iddialar azmış kimi o, Elnur Hüseynovun qalib seçilməsində Ebru Gündeş və həyat yoldaşı Rza Zərrabın xüsusi rolu olduğunu vurğulayıb. O, həmçinin azərbaycanlı ifaçıya milyonlarla dollar dəyərində olan dəstək SMS-nin bir nömrədən göndərilə biləcəyini iddia edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar