Elnarə həyat yoldaşı tərəfindən döyülmə səbəbini açıqlayıb
16.02.2015 730 0.0 0

ANS telekanalında yayımlanan "A-dan Z-yə" şousu bu həftə də maraqlı hadisələr ilə yadda qaldı. 

Məlumata görə, "Bakı Film"in təqdimatında yayımlanan verilişin əsas qonağı məşhur xanəndə Elnarə Abdullayeva olub. Proqramın yaradıcı heyyəti sənətçinin ailə üzvləri ilə görüşüb bir-bir müshibələr alıb. E.Abdullayevanın həyat yoldaşı söhbət zamanı xanımını döydüyünü bildirib. O, buna səbəb olaraq xanənənin toylardan birindən gec qayıtmasını göstərib.

Sənətçinin şəxsi həyatı barədə bu günə qədər bilmədiyiniz bir çox məqamlar ortaya çıxıb. Bir müddət öncə aralarında qalmaqal yaşanan Xatirə İslam və Elnarə Abdullayeva bu verilişdə üz-üzə gələrək söz-söhbətə aydınlıq gətiriblər və aralarında heç bir problemin olmadığını, çox mehriban münasibətdə olduqlarını bildiriblər. Sənətçilər arasında baş verən narazıçılığa Elnarə xanımın efir vasitəsi ilə oğluna heç vaxt müğənni almayacağını deməsi olmuşdu. 

Bundan əlavə olaraq "A-dan Z-yə" komandası tərəfindən E.Abdullayeva üçün maraqlı sürpriz hazırlayıblar. Elnarə xanımın xəbəri olmadan oğlu studiyaya gətirilib. Studiyaya gələn oğlan anasının fikirlərinə qarşı çıxıb: "Mən anam ilə razı deyiləm, müğənnidən müğənniyə fərq var. Hər şey ola bilər, ola bilsin ki, gələcəkdə sənətçi xanım ilə ailə həyatı qurdum". 

Zaur Nəbioğlunun aparıcısı olduğu proqramda yaşanan ən maraqlısı isə sənətçinin sonda çəkiliş meydançasında xalça üzərinə oturaraq muğam ifa etməsi olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar