Elmar Məmmədyarov NATO və ATƏT-in tədbirlərində iştirak edəcək
05.12.2016 646 0.0 0

Xarici işlər naziri Elmar Məmmədyarov 7 dekabr 2016-cı il tarixində Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısı və 8-9 dekabr 2016-cı il tarixində Hamburq şəhərində keçiriləcək ATƏT-in 23-cü nazirlər şurasının iclasında iştirak etmək üçün Belçika və Almaniyaya işgüzar səfər edəcək.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sözügedən tədbirlərdə Elmar Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar