Elmar Məmmədyarov: Ermənistan Dağlıq Qarabağ münaqişənin həllini ləngidir
07.11.2016 576 0.0 0

“Təəssüf ki, Dağlıq  Qarabağ münaqişənin həllində ləngimə var”.
 
Məlumata görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov italiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib. 
 
O bildirib ki, Sankt- Peterburq görüşündən sonra irəliləyişə ümid var idi: “Bizdə ümid yaranmışdı ki, düz istiqamətdə işləyirik və nəticə ola bilər. Təəssüf ki, Ermənistan tərəfi irəliləyişə hazır deyil. Özləri də deyirlər ki, status-kvonu dəyişməyə hazır deyillər.  Hazırda Hamburqda görüş planlaşdırılır. Həmsədrlərin belə bir təklifi var. Azərbaycan tərəfi Hamburqda görüşə razılıq verib.  İstəyərdim ümidverici söz deyim, amma görünür Ermənistan tərəfi məsələni ləngidir"/apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar