Elmar Məmmədyarov- `Hamburqda görüşməyə hazır olduğumuzu bəyan etdik, ancaq Ermənistan tərəfdən cavab almamışıq`
01.12.2016 667 0.0 0

"Ermənistandan səslənən bəyanatları izləyirik. Bu bəyanatlar sülh danışıqları prosesində mənfi rol oynayır".
Məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan XİN-in mətbuat katibinin son bəyanatını şərh edərkən brifinqdə deyib.
"Hansı istiqamətdə danışıqlar apardığımız heç kimə sirr deyil. İlk növbədə, Ermənistan tərəfi tədricən işğal etdikləri ərazilərdən mərhələli şəkildə qoşunlarını çıxarmalıdır", - nazir əlavə edib.
Dağlıq Qarabağın statusunun müəyyən edilməsi barədə danışan E.Məmmədyarov bildirib ki, ilk növbədə statusu müəyyənləşdirməyə çalışsalar, bu, danışıqları məhv edəcək: "Əvvəlcə Azərbaycan icması öz doğma yerlərinə qayıtmalıdırlar. Azərbaycan icmasının tarixi torpaqlarından qovub status müzakirə etmək olmaz".
O, həmçinin Azərbaycan tərəfinin dəfələrlə imitasiya üçün danışıqlar aparmaq niyyətində olmadığını bildiridiyini qeyd edib: "ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində Hamburqda görüşməyə hazır olduğumuzu bəyan etdik, ancaq Ermənistan tərəfdən cavab almamışıq. Bu onu göstərir ki, onlar danışıqlara hazır deyil".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar