Elman Rüstəmovdan növbəti manat açıqlaması
20.01.2016 727 0.0 0

"Valyutada olan əmanətlər üzrə faiz dərəcələri aşağı düşüb. Atacağımız addımlar dedollarizasiyaya hesablanıb".

Məlumata görə, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-nin efirində deyib.

"Prezident İlham Əliyev tapşırıq verib ki, milli valyutamız olan manata inam artırılsın", - deyən baş bankir bildirib ki, bu məqsədlə manatla yatırılan əmanətlər üzrə sığortalanma həddi 12%-dən yuxarı qaldırıla bilər.

Onun sözlərinə görə, yaxın vaxtlarda Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurası bu barədə qərar qəbul edəcək. AMB sədri onu da qeyd edib ki, banklarda valyutaya ehtiyac yoxdur.

Elman Rüstəmov Azərbaycanın dövlət büdcəsinin 2016-cı il üçün nəzərdə tutulan yeni layihənin hazırlandığı barədə də açıqlama verib.

"Dövlət büdcəsinin yeni layihəsinə neftin bugünkü qiymətinə uyğun olaraq yenidən baxılacaq. Büdcə layihəsində neftin baza qiyməti 30 dollardan götürüləcək, yəni təsdiq olunmuş dövlət büdcəsindəki rəqəmdən 20 dollar aşağıdır. Buna baxmayaraq sosial yardım paketi Azərbaycan gəlirlərinin azalması fonunda qəbul edilir. Digər ölkələrdə qeyri populyar qərarlar qəbul edilir. Məsələn, büdcə xərcləri aldılır, ixtisarlar olur, sosial proqramlar azaldılır və.s.

Azərbaycan prezidenti isə belə şəraitdə sosial siayəsti gücləndirir. Əlavə investisiya proqramları nəzərdə tutulub. Bu isə əlavə iş yerləri deməkdir. Bu bir daha onu sübut edir ki, cənab prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır", - deyə baş bankir vurğulayıb.

Bankların iqtisadi inkişafa dəstəyinə gəlincə, E.Rüstəmov bildirib ki, son 10 ildə Azərbaycan bankları dövriyyə üzrə 80 milyard manata yaxın kredit verib: "Bu vəsait investisiya resursları ilə müqayisə olunan bir vəsaitdir"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar