Elman Rüstəmov: `Bu gün başlıca məsələ məzənnə deyil`
26.09.2016 683 0.0 0

"Bu gün başlıca məsələ məzənnə yox, məzənnə-inflyasiya cütlüyüdür". 

 

Məlumata görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, “Dünyada da biz görürük ki, 30%-lik avro-dollar rallisi getdi sonradan geri qayıdır qiymətlər sabit qalırsa, heç kim həyəcan təbili çalmır. Bizim başlıca məqsədimiz ikirəqəmli inflyasiyanı aşağı səviyyəyə, həm əhali üçün, həm biznes, həm də dövlət üçün inflyasiyanı məqbul səviyyəyə salmaqdır. Bütün Mərkəzi Bankların qayğısı birrəqəmli aşağı inflyasiyaya nail olmaqdır. Yuxarı inflyasiya və devalvasiya iqtisadiyyat, iqtisadiyyatın bütün subyektləri üçün zərərlidir”.

 

Ölkədə inflyasiyanın 11% səviyyəsində olduğunu deyən E.Rüstəmov bildirib ki, hazırda inflyasiya ilə bağlı proqnoz vermək çox çətindir: “Biz 9 ayın nəticələrini gözləyirik. İnflyasiya proqnozu kurs-məzənnə dayanıqlığından asılı olacaq. Bu isə bütövlükdə makroiqtisadiyyatın bütün istiqamətlərinin müvəffəqiyyətindən asılıdır. Amma biz nikbinik. Situasiyanın gərginliyinə baxmayaraq gördüyünüz kimi situasiyanı idarə edirik. Bazarda müəyyən gərginlik var idi. Valyuta qıtlığı və digər gərginlikləri biz aradan götürdük.  Bununla əlaqədar biz proseslərə öz siyasətimizlə valyuta qıtlığını aradan götürmüşük. Amma qarşımızda daha fundamental sabitliyə nail olmaq məqsədi var”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar