Eldar Orucov-«Söz və fikir azadlığından sui-istifadə etmək olmaz»
10.02.2015 870 0.0 0

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədr müavini Eldar Orucovun  açıqlamasında ölkəmizdə insanlara tanınan hüquq və azadlıqlardan söz açıb.

 

 

E.Orucov bildirib ki, ölkədə hər bir vətəndaş üçün fikrini azad şəkildə ifadə etmək şəraiti var: “Azərbaycanda insanların hüquq və azadlıqları lazımi səviyyədə qorunur. Hər kəs öz hüququ bilməli və tələb etməlidir. Konstitusiyaya görə də, hüququnu bilməmək məsuliyyətdən azad etmir. Öz hüquqlarını bilmək həm də bizim vətəndaşlıq borcumuzdur. Belə olsa, vətəndaşlarımızı heç kəs aldada bilməz”. İnsan hüquqlarının qorunmasına dövlət tərəfindən nəzarət olunduğunu deyən sədr müavininin sözlərinə görə, hüququnu bilməyən insanlardan hüquqşünaslar, hakimlər, vəkillər istifadə edib öz maraqlarına uyğun hərəkət etməməlidir. Çünki bu, cinayət sayılır: “Onlar tam ədalətli və düzgün qərar verməli, qanunauyğun iş aparmalıdırlar. Təbii ki, dövlət və milli maraqlarımızı əsas götürərək öz fikrimizi bildir-mək də hüququmuzdur. Amma həm mediada, həm sosial şəbəkələrdə, həm də ictimai fəaliyyətimizdə çıxış edərkən dövlətçilik prinsiplərinə söykənməliyik”. E.Orucov hesab edir ki, bəzi beynəlxalq təşkilatlarda və xarici mətbuat orqanlarında obyektivlik prinsipi pozulur, Azərbaycanla bağlı məsələlərə qərəzli yanaşırlar: “Bəzi xarici mətbuat orqanlarında Azərbaycanda insan haqları və insan azadlıqlarının pozulmasından yazırlar. Bütün bunlar qərəzlidir və xarici mətbuatın Azərbaycana qarşı ikili siyasət yürütməsinin göstəricisidir. Ölkəmizi nüfuzdan salmaq üçün düşünülmüş və əvvəlcədən planlaşdırılmış bir siyasətdir. Amma xarici mətbuat Avropa ölkələrində baş verən xoşagəlməzlikləri işıqlandırmaq istəmir. Çünki bu, onlara sərf etmir. Guya ABŞ da və digər Avropa ölkələrində insan haqları pozulmur? Bu heç də belə deyil. Reallıq tam başqadır və hər şey göz qabağındadır. Ona görə də maskalanmaq lazım deyil”. E.Orucovun fikrincə, Azərbaycan mediasında insan haqları və onun qorunması mövzusu yüksək səviyyədə təbliğ olunur: “Bəzi xarici mətbuatda Azərbaycana qarşı qərəzli kampaniya aparılırsa, yerli media orqanları, ictimai-siyasi fəallar insan haqları mövzusunda milli və dövlətçilik maraqlarından çıxış etməlidir. Fikir və söz azadlığı o demək deyil ki, kimlərsə sənin daxili işinə qarışa bilər. Azərbaycanda söz və fikir azadlığı var, amma bundan sui-istifadəyə yol vermək olmaz. Hər halda, milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutmalıyıq”.  

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.//reytinqinfo.az

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar