Elçin Əmirbəyov birinci vitse-prezidentin köməkçisi təyin olunub
24.06.2017 777 0.0 0

Elçin Əmirbəyov Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi təyin edilib.

 

Məlumata görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

 

Qeyd edək ki, Elçin Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri idi. İyunun 23-də prezidentin sərəncamı ilə o, həmin vəzifələrdən geri çağırılıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar