Ed Şiran ölümcül xəstəlikdən əziyyət çəkən fanatıyla görüşdü
31.08.2019 708 0.0 0

İngiltərənin Portsmut şəhərində ölümcül xəstəliyə düçar olan qız kumiri, dünyaşöhrətli müğənni Ed Şiranla görüşüb. Beləcə, onun ən böyük arzusu həyata keçib.

"Yahoo!" xəbər verir ki, 2018-ci ildə Sian Rids adlı qızın beynində şiş aşkarlanıb. Bundan sonra ona kimya terapiyası kursu təyin edilib. 

Qız həyatla vidalaşmazdan öncə arzularından ibarət siyahı tərtib etmək qərarına gəlib. Siyahıda Ed Şiranın konsertini ziyarət etmək arzusu da yer alıb.

Bundan xəbər tutan Ridsin bacısı sənətçinin meneceri ilə əlaqə yaradıb və məsələni ona danışıb.

16 yaşını qeyd etdiyi gün Sian müğənninin konsertinə dəvət olunub və ona Edlə kulisdə görüşmək üçün şərait yaradılıb.

Sevincinin həddi-hüdudu olmayan ingiltərəli qız Şiranla söhbət edib. Sonra onlar şəkil çəkdiriblər. 

Sianın atasının sözlərinə görə, müğənni onlarla nəzakətli davranıb. Ed qızın onun üçün hazırladığı bilərziyi alıb və ifa zamanı da onu biləyindən çıxarmayıb. 

Ölümcül xəstəliklə mücadilə aparan gənc qız ümidsiz deyil və siyahıya aldığı bütün istəklərini yerinə yetirməyi planlaşdırır. Məsələn, sırada paraşütlə tullanmaq və bir gün zooparkda işləmək arzuları da var. 

Onu da qeyd edək ki, xəstəliyinə baxmayaraq, Sian buraxılış imtahanlarından uğurla keçib./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar