DYP yollardakı vəziyyət haqda məlumat yayıb- VİDEO
17.01.2022 409 0.0 0

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyət haqqında məlumat yayıb.

Qazeta.info sözügedən, məlumatı oxucuların diqqətinə təqdim edir.

"Ötən gün saat 19:00-dan başlayaraq DİN Baş DYP İdarəsinin YPX Alayının 2-ci taqımının əməkdaşları Quba, Şabran və Xaçmaz Yol İstismar İdarələrinin işçiləri ilə birlikdə xüsusi texnikalardan istifadə edilməklə Gəndob-Yalama yolunun 0-48 və Bakı-Quba-Dağıstan sərhədi yolunun 130-204,7-ci km-də yolun hərəkət hissələrinin qardan təmizlənməsi və duzun səpilməsi işini davam etdirmiş, onların gücləndirilmiş rejimdə xidmət aparması nəticəsində həmin ərazilərdə yol-nəqliyyat hadisəsi baş verməmiş və yolda nəqliyyat vasitələri qalmamışdır."

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar