DYP -də ölüm hadisəsi baş verib
19.01.2022 341 0.0 0

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Dövlət Yol Polisi Şöbəsində ölüm hadisəsi baş verib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib.

Polisdən bildirilib ki, 66 yaşlı Şakir Rzayev bu gün saat 16:00 radələrində öz müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində qəbulda olarkən binanın dəhlizində halı pisləşib, həmin vaxt orada olan vətəndaşların yanında vəfat edib.

"Mərhumun oğlu bildirib ki, atası 2 dəfə ürək əməliyyatı keçirib və ürək damarlarının cəmi 25 faizi fəaliyyət göstərirmiş", - N.Piriyev vurğulayıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar