DYP cərimə meydançasında yanğın-əraziyə gətirilən maşınlar yandı
31.05.2016 2070 0.0 0

DYP-nin cərimə meydançasında 4 avtomobil yanıb.

Qazeta.info Fövqaladə Hallar Nazirliyinin məlumatına əsasən xəbər verir ki, Abşeron rayonunda Bakı Şəhər DYP-nin cərimə meydancasında yanğın hadisəsi baş verib.

Məlumata görə, hadisə nəticəsində DYP-nin cərimə meydancasında dayanmış, sahibləri məlum olmayan "CHRYSLER" markalı minik avtomobilin yanar hissələri, "MERCEDES" minik avtomobilinin sağ hissəsi, "MİTSUBİSHİ" markalı minik avtomobilinin sol hissəsi və salonu yanmış, "FORD" markalı minik avtomobilinin qabaq hissəsi qismən ərimişdir. Digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. 


Digər xəbərlər:
Şərhlər
avatar