Düşmən orduda yeni oyuncaq
30.03.2015 776 0.0 0

Ermənistan istehsal etdiyi yeni pilotsuz təyyarələrini nümayiş etdirib.

"VPK-Armenii" bloquna istinadən verdiyi məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi tərəfindən təşkil olunan nümayişdə hərbi sənayenin yeni məhsulları sərgilənib. 

Uzun müdddətdir gizli olaraq istehsal olunan "X-55" erməni pilotsuz aparatının iki nümunəsi mətbuata təqdim edilib. 

Ermənistan mətbuatı iddia edir ki, hazırda "X-55" pilotsuz təyyarələri ilə yanaşı, bir neçə pilotsuz təyyarə modeli modifikasiya edilir. 

Qeyd edək ki, Ermənistanın böyük canfəşanlıqla istehsal etdiyi bu aparatlar yalnız casusluq etmək üçün əlverişlidir. Ancaq ermənilər unudurlar ki, onların pilotsuz təyyarələrlə təxribatçı əməllərinə adekvat cavab veriləcək. İrəvan rəhbərliyi bilməlidir ki, Ermənistanın bu cür oyuncaqlarına Azərbaycan Ordusu müasir hərbi texnikalarla cavab verməyə qadirdir./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar