Dünyanın təhlükəli cinayətkarları tutuldu
31.01.2016 1175 0.0 0

ABŞ hüquq-mühafizə orqanları bir neçə gün əvvəl Kaliforniya ştatında həbsxanadan qaçan iki təhlükəli cinayətkarı yenidən həbs edə bilib.

Məlumata görə, bu barədə Orinc dairəsinin şerifi Sandra Xatçens açıqlama verib. Onun sözlərinə görə, 37 yaşlı Hüseyn Hayeri və 20 yaşlı Conatan Tiu həbsxanadan qaçandan bir hətfə sonra San-Fransisko ştatının polis departamentinin əməkdaşları tərəfindən həbs edilib.

Xatçens bildirib ki, Hayeri və Tiu qaçırdıqları ağ rəngli yük avtomobili ilə Los Ancelesdə tutulublar.

Yanvar ayının 22-də Hayeri və Tiu Kaliforniya ştatında Santa-An həbsxanasından qaçmışdılar.

 

Hüseyn Hayeri (solda) və Conatan Tiu (sağda)


Entoni Hopkinsin "Quzuların sükutu" filmində yaratdığı hanibal-manyak obrazı ilə müqayisə edilən təhlükəli cinayətkar Hüseyn Nayeri İranda anadan olub. Hüseyin Nayeri ABŞ-da dəniz piyada qoşununda hərbi hazırlıq keçib.

Nayeri bir sıra qanlı və amansız cinayətlər törədib. Belə ki, 2012-ci ildə Nayeri narkotik ticarəti etdiyi adamı oğurluğuna görə tanınmaz hala düşənə qədər döyüb və ona yanan məşəllə işgəncə verib. Həmin il cinayətkar ABŞ-dan İspaniyaya uçmağa çalışarkən saxlanılıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar