Dünyanın ən yaşlı kişisi vəfat edib
19.01.2022 344 0.0 0

Dünyanın ən yaşlı kişisi, ispaniyalı Saturnino de la Fuerte 113-cü doğum gününə az qalmış vəfat edib.

Bildirək ki, bu barədə İspaniyanın EFE xəbər agentliyi məlumat yayıb.

İspaniyada yaşayan və Ginnesin "Rekordlar" kitabına görə dünyanın ən yaşlı kişisi olan Saturnino de la Fuerte fevralın 12-də 113 yaşını qeyd edəcəkdi.

Onun 8 övladı, 14 nəvəsi və 22 nəticəsi var.

Fuertenin dəfn mərasimi bu gün keçiriləcək.

 

 

 

 

Mənbə: Report


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar