Dünyanın ən sirli 5 FOTOSU
05.08.2015 1881 0.0 0
1. Los-Angelos döyüşü fotosu
 
1942-ci ilin fevral ayında Los Angeles şəhərində on minlərlə insanın gözləri ilə şahidlik etdiyi bu qəribə hadisədə nə olduğu bilinməyən nəhəng bir cisim göy üzündə peyda olmuş və ABŞ ordusu çaxnaşmaya düşərək şəhəri qorumaq üçün 12.8 kalibrli 1400 ədəd zenit mərmisi ilə bu cismə doğru atəş açmışdı. Bütün bunlara baxmayaraq ən kiçik belə zədə almayan cisim bir müddət sonra uçaraq uzaqlaşmışdır. Bu hadisə dünya mediasında işıqlandırıldıqdan sonra bəzi insanlar üstün texnologiyaya malik bu cismin yadplanetlilərə məxsus olduğunu, bəziləri isə disk şəklindəki bir qaz buludu olduğunu iddia etmişlərdi
 
 
2. Freddy Jacksonun fotosu - 1919
 
1919-cu ildə çəkilmiş bu fotoşəkil 1-ci Dünya Müharibəsi dövründə xidmət etmiş hava donanmasına aiddir. Diqqətli baxdıqda ən arxadakı pilotların arxasında sirli bir insan üzü olduğu görülməkdədir. Bu üzün sahibi bütün donanma tərəfindən həmin dəqiqə tanındı və maşinist Freddy Jackson olaraq təsdiqləndi. İşin qəribə tərəfi ondan ibarətdir ki, Freddy Jackson bu fotoşəkil çəkilməmişdən iki gün əvvəl təyyarənin pərvanəsinin bədəninə vurması nəticəsində həyatını itirmişdi. Torpağa verildikdən bir neçə saat sonra Freddy Jacksonun üzünün bu fotoşəkildə necə peyda olması isə indiyənə kimi açıqlanmamışdır.
 
 
3. "Mars kürələri" - 2012
 
NASA-nın Marsa göndərdiyi "Curiosity" isimli kəşfiyyat robotu 2004-cü ildə Mars torpaqlarında mikroskopik ölçülərdə kürəciklər kəşf etmiş və bu kürəcikləri böyük ölçüdə qeydə almağı bacarmışdı. Bu qalıqlar və Marsın üzərindəki çay yatağına bənzəyən izlər indiyənə kimi isbat edilməmiş olsa da, Marsın milyard illər əvvəl nəhəng bir okeana malik olduğuna və dünya kimi yaşayan bir planet olduğuna işarə etməkdədir. Bu hadisə günümüzdəki Böyük Səhranın 6000 il əvvəl yaşıl meşələr və mavi göllərlə əhatə olunmasına bənzəyir.
 
 
4. "Qara Cəngavər Peyki" - 1998
 
Nə olduğu, haradan gəldiyi bilinməyən bu cisim 1960-cı ildə kəşf edilmiş, GAC və NASA tərəfindən şəkli çəkilmişdir. Araşdırmalar nəticəsində cismin ABŞ və Rusiya daxil olmaqla, heç bir ölkəyə aid olmadığı və həmçinin həmin dövrdə belə bir cismi kosmosa yollamağın imkansız olduğu öyrənildi. Bilindiyi üzrə dünya ətrafında fırlanan bu cismin araşdırmaçılar tərəfindən anlıq olaraq yeri müəyyən edilsə də çox sürətli olduğu üçün izləmək və nizamsız və bilinməyən bir istiqamət üzrə hərəkət etdiyi üçün dəqiq müşahidə etmək mümkün deyildir. Bəzi teoristlər bu cismin yüz min illər bundan əvvəl yaşamış insan mədəniyyəti tərəfindən yaradıldığını iddia etməkdədirlər. Bəziləri isə bunun yadplanetlilər tərəfində göndərilmiş bir robot olduğunu düşünməkdədirlər.
 
 
5. Zamanda səyahət edən adam - 1941 
 
Zaman 
Kanadada South Fork körpüsünün açılışında 1941-ci ilin insanlarından çox daha fərqli görünüşü olan qəribə bir adam kameraya tuş gəlmişdi. Paltarları, eynəyi və əlindəki müasir kamerası ilə o dövrün çox irəlisində olan bu adamın gələcəkdən keçmişə doğru zaman səyahəti etmiş birisi olduğu iddia edilməkdədir./bizimyol.info/
 
 
Video - Mister F
Mənbə: Kayzen
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar