Dünyanın ən hündür binasında yanğın-Video
21.02.2015 832 0.0 0

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın ən hündür yaşayış binasında yanğın baş verib. 

Məlumata görə, alov göydələnin 50-ci mərtəbəsində başlayıb və bir qədər sonra güclü küləyin də təsiri ilə bir neçə mərtəbəni əhatə edib. 

“Məşəl Qülləsi” adlanan bina artıq təxliyə olunub. Eyni zamanda, qonşu binalar da təxliyə olunub. 

Hələlik rəsmilər yanğında insan itkisi olub olmadığını müəyyən edə bilməyiblər. 

Faktla bağlı istintaq araşdırması başladılıb. Yanğına nəyin səbəb olduğu da məlum deyil.

 


79 mərtəbəli binanın hündürlüyü 336 metrdir və 4 il əvvəl istifadəyə verilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar