Dünyanın ən çox qazanan qadın müğənniləri məlum olub
03.11.2016 1396 0.0 0

"Forbes" jurnalı 2016-cı ildə dünyanın ən cox qazanan qadın müğənnilərinin adlarını açıqlayıb.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, siyahıya illik gəliri  170 mln dollar olan Teylor Svift başçılıq edir.

 

İkinci yerdə ildə 80,5 milyon dollar gəlir əldə edən Adeldir.

 

Siyahıda üçüncü yerdə 76,5 milyon dollarlıq gəlirlə Madonna gərarlaşıb.

 

İlk onluqda həmçinin Rihanna, Beyonse, Ketti Perri, Cennifer Lopes, Britni Spirs, Şanaya Tveyn və Selin Dion kimi məşhur qadın müğənnilər yer alıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar